Osimhen İngiltərədən rəsmi təklif aldı - Ərəblərlə danışıqlar dayandırıldı

Osimhen İngiltərədən rəsmi təklif aldı - Ərəblərlə danışıqlar dayandırıldı

"Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, "Çelsi" nigeriyalıya elçi düşüb.

Məlumatı tanınmış insayder Canluka Di Martsio yayıb. Mənbənin məlumatına görə, "zadəganlar" İtaliya klubuna ilk rəsmi təklifini göndərib və aktiv danışıqlar başlayıb.

Halbuki, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu da Osimhenə iddialıdır və futbolçunu 70 milyon avroya almağa hazırdır.

Səudiyyə Ərəbistanı variantını donduran "Napoli" yalnız “Çelsi” ilə razılığa gəlinmədiyi təqdirdə onlarla danışıqları bərpa edəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər