Orye Mourinyu haqda: "Bəzən onu öldürmək istəyirsən!"

Orye Mourinyu haqda: "Bəzən onu öldürmək istəyirsən!"

"Vilyarreal"ın futbolçusu Serj Orye "Tottenhem"də Joze Mourinyunun başçılığı altında oynadığı dönəmdən olan xatirələrini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Marca" 29 yaşlı müdafiəçinin dediklərini belə çatdırıb:

"Bəzən ona nifrət edirsən və onu öldürmək istəyirsən, amma sonra onu sevməyə başlayırsan. O, anadangəlmə qalib xasiyyətinə malikdir. Bir dəfə mübahisə etdik, amma bu, taktiki mülahizə ilə bağlı idi. Don Jozenin qərarlarından narazı qaldım və onunla danışmaq üçün ofisə getdim. Bilirdim ki, onunla problemsiz danışa bilərəm, çünki oyunçu dürüst olanda onun xoşuna gəlir. Ertəsi gün problem həll olundu.

Mourinyu sizi dinləyir və sonra nə düşündüyünü deyir".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər