Oqtay Abdullayev-Elxan Məmmədov işbirliyi: pullar hara gedir?

Oqtay Abdullayev-Elxan Məmmədov işbirliyi: pullar hara gedir?
Azərbaycan Futbol Veteranları Birliyinin prezidenti Oqtay Abdullayevin "Turan Tovuz"un Müşahidə Şurasının sədri təyin edilməsi futbol ictimaiyyəti arasında əksəriyyəti sevindirdi. Hamı düşündürdü ki, nəhayət bir futbol adamı klub rəhbərliyinə gətirildi. Bu təyinatın futbolun beyişi olan Tovuz klubunda bundan sonra hər şeyin qaydasına düşəcəyinə inam yaratmışdı. Amma...
Çox keçmədən bu təyinatın arxasında duran məqamlar ortaya çıxdı. Məlum olduğu kimi bir çox klubu öz nəzarətinə keçirən AFFA-nın baş katibi "Turan Tovuz"a da rəhbərlik edir. Oqtay Abdullayevin təyinatı da onun arzu və istəyi ilə reallaşıb. Bir müddətdi ki, baş katibin himayəsi altına sığınan "Neftçi"nin veteranı onun sayəsində vəzifələrinin sayını artırır. Milli olimpiya komandalarının təlim-məşq bazasına (köhnə "Neftçibaza”) və Azərbaycan Futbol Veteranları Birliyinə rəhbərlik edən Oqtay Abdullayev "Turan Tovuz" kimi ölkənin köklü klublarından birinin başına keçdiyinə görə məhz Elxan Məmmədova minnətdar olmalıdı.
Oqtay Abdullayev-Elxan Məmmədov işbirliyi: pullar hara gedir?
Elxan Məmmədov
Bir futbol adamının futbol klubuna başçılıq etməsi nə qədər tədqirəlayiq hal olsa da, bu təyinatın özünü doğruldacağına inam da azdı. Bakıda oturub ayda bir dəfə klubun düşərgəsinə yollanan rəhbər həmin kluba hansı xeyiri verə bilər ki? Klubu yenə köhnə rəhbərlik idarə edəcəksə, bu təyinatın əhəmiyyəti nə idi? 
Bu arada Oqtay Abdullayev işə başlayan kimi özünü göstərmək qərarına gəlib və baş məşqçinin, köməkçilərinin, həmçinin futbolçuların maaşlarını azaldıb. Səbəb isə komandanın ilk dövrədəki uğursuz çıxışı göstərilib. Onsuz da cüzi maaş alan kollektivin olan-qalan qazancını da əlindən almaq ancaq Oqtay Abdullayev kimi bir futbol veteranına yaraşardı.
Əslində "maaş kəsmə" olayının da arxasında başqa məqamlar dayanır. Əldə etdiyimiz məlumata görə, Elxan Məmmədov Oqtay Abdullayevə vəd olunan büdcənin ayrılmayacağını bildirib. Baş katib Müşahidə Şurasının sədrinə maliyyə böhranının olduğunu, bu səbəbdən kluba az büdcə ayrılacağını deyib və xərcləri azaltmağı tapşırıb. Himayəçisi ilə razılaşan futbol veteranı onun məsləhəti ilə maaşları kəsərək öz gəlirini artırmaq qərarına gəlib. İddiaya görə, kəsilən maaşlar klubun büdcəsinə qaytarılmayacaq. Bu Müşahidə Şurasının sədri ilə baş katib arasında bölünəcək. Yəni futbolçuların maaşından kəsilən vəsait bu iki nəfərin cibinə axacaq.
"Turan Tovuz"un bir çox futbolçusu ilə yollarının ayırmasının səbəbinə gəlincə, bu da yeni transferlərdən pul qazmanmaq istəyinin yaratdığı zərurətdi. İlk yarıda komandanın formasını geyinmiş bir çox futbolçunun yola salınmasına qərar verən Müşahidə Şurasının sədri "Bakı"dan, "Xəzər Lənkəran"dan və Gürcüstandan edilən yeni transferlərdən "pul tutmaq" niyyətindədi. 
Oqtay Abdullayev-Elxan Məmmədov işbirliyi: pullar hara gedir?
Akif Çovdarov
Məlumat üçün xatırladaq ki, bir müddət əvvəl Oqtay Abdullayevin adı "MTN işi"ndə hallanmışdı. Bu barədə mətbuata həbsdə olan iş adamı Mircəlal Kərim oğlu Nəsrullayev məlumat vermişdi. O, Oqtay Abdullayevlə İsgəndər Cavadovun həbs olunmuş MTN generalı Akif Çovdarovla əlaqələrini ifşa etmişdi: "2008-ci ilin yayında Bakıda olanda İsgəndər Cavadov məni “Neftçi” idman bazasına apraraq direktor Oqtay Abdullayevlə tanış etdi. 2008-ci ilin iyul ayının 30-da Akif Çovdarov məni MTN-də saxlayandan sonra səhəri gün 100 min manatı tələb edib, razılıq alandan sonra bildirdi ki, 3 gün ərzində pulu çatdırmalısan. Dedi ki, amma burdan səni buraxa bilmərik. Bir nəfər sənə zamin durmalıdı. Dedim ki, mənim elə bir adamım yoxdu. O, isə bildirdi ki, var, Oqtay Abdullayev. Mən də öz növbəmdə bildirdim ki, onu bircə dəfə görmüşəm. Bundan sonra Akif Çovdarov dedi ki, sən İsgəndərə zəng et, o da Oqtayı göndərər. Elə də oldu. Mən İsgəndər Cavadova zəng edən kimi heç bir saat keçməmiş məni yenidən Çovdarovun yanına apardılar, Oqtay orada idi. Məndən soruşdu ki, pulu verəcəksən? Məndə verəcəyimi bildirdim. Onda Akif Çovdarov bildirdi ki, pulun 10.000-i Oqtaya verərsən, qalan 90.000-i isə MTN əməkdaşı Səlimə. Mən 10.000 manatı Oqtaya “Neftçi”nin bazasında, 25.000 manatı isə 8-ci kilometrdə Səlimə verdim. O, dövlət nömrə nişanı "100"lə qurtaran ”Mitsubişi-Pajero” markalı qara avtomobildə gəlmişdi. Bundan sonra mən çox götür-qoy etdikdən sonra qalan pulu verməmək qərarına gəldim. Səlim mənə tez-tez zəng edirdi. Bir dəfə Akif Çovdarov özü də zəng etmişdi. Mənə hədə-qorxu gəlirdi. Deyirdi ki, səni həbsə saldıraram, mən hakimə deyəndə 8 il “iş” ver, onlar qorxudan 9 il verərlər".
Oqtay Abdullayev-Elxan Məmmədov işbirliyi: pullar hara gedir?
İsgəndər Cavadov - Oqtay Abdullayev
Mircəlal Nəsrullayev İsgəndər Cavadovla tanışlığını belə açıqlayıb: "Mən Rusiyanın Volqoqrad şəhərində yaşayan zaman hər zaman soydaşlarımıza, eləcə də dövlətimizə maddi yardımlar etmişəm. Volqoqraddan Müdafiə Nazirliyinə yardım kampaniyasının təşkilatçısı olaraq həmin yardımı Bakıya göndərmişəm. Mən vətənpərvər və öz xalqımı sevən biriyəm. Öz xeyirxah əməllərimi yenə davam etdirmək istəyirəm. 2001-ci ildə Qax rayonunda idim. Bir yaxın qohumum zəng edərək, ad günü olduğunu bildirdi və doğum gününü qeyd etmək üçün dostları ilə Qax rayonuna gəlmək istədiklərini dedi. Etiraz etmədim. Səhəri üç dostu ilə birlikdə rayona gəldilər. Onun dostlarından biri hamının tanıdığı məşhur futbolçu İsgəndər Cavadov idi. Qohumum onun maddi vəziyyətinin yaxşı olmadığını, kirayədə yaşadığını bildirdi. Mən onu bir otağa çəkərək 100 ədəd 10.000-likdən ibarət (həmin dövrdə 10.000 manat indiki ekvivalentlə 2 manata bərabər idi) bağlı ”paçka”nı cibinə qoydum. Sonra biz ad gününü qeyd etməyə başladıq. Həmin vaxt İsgəndər Cavadov orada at gördü və onu minmək istədi. Ata mindiyi zaman at onu yerə vurdu, bərk zədələndi, paltarları palçığa bulandı. Biz onu otağa apardıq. Dostları paltarlarını yumaq üçün çıxarmışdılar, cibindəki əşyaları stolun üstünə qoyulmuşdu. Onun cibindən bir şəxsiyyət vəsiqəsi və mən verdiyim “paçka” puldan başqa heç nə yox idi. Mən anladım ki, o, Bakıdan Qaxa bir manatsız gəlib. Bundan sonra bir növ ona yazığım gəldi. Onunla dostluq etməyə başladım. 2001-ci ildən 2008-ci ilə qədər ona mütəmadi maddi köməkliklər edirdim". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər