Onur Quluzadə Çinə yollandı

Onur Quluzadə Çinə yollandı

İstedadlı stolüstü tennisçimiz Onur Quluzadə növbəti beynəlxalq toplanışa qatılıb.

Fanat.Az xəbər verir ki, o, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə mayın 21-də Çin Xalq Respublikasında start verilən təlim-məşqlərdə iştirak edir.

İyunun 11-dək keçiriləcək toplanışa qatılmağın əsas məqsədi iyun ayında Xorvatiyada təşkil olunacaq Avropa birinciliyinə hazırlıqdır. 

Qeyd edək ki, qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan Onur Quluzadə bu ilin mart ayında Antalyada keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirinin qarışıq-qoşa yarışında 3-cü, apreldə Xorvatiyada təşkil olunan “Europe Youth Series” turnirinin komanda yarışında 2-ci, şəxsi və qoşa yarışında isə 3-cü yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər