"Onun üstünlüyü yalnız sürətində deyil, həm də..."

"Onun üstünlüyü yalnız sürətində deyil, həm də..."

İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand "Real Madrid"in vingeri Vinisius Juniordan danışıb.

Fanat.Az xəbər verir ki, "BT Sport" onun dediklərini belə çatdırıb:

"Vinisius Mbappe və Holanddan bir pillə aşağıdadır, deyilmi? Fikrimcə, Raşford və Saka da o səviyyəyə çatmaöa yaxındırlar. Amma bu oğlan... Hə, Vinisius Çempionlar Liqasının pley-offunda belə təsir bağışlayırsa, əlavə izaha ehtiyac yoxdur. Həm də o, artıq komandasının ən önəmli oyunçularından biri qismində ÇL-in qalibi adını qazanıb.

Müasir futbolda sürət amili olduqca vacibdir. Sürət öldürür! Müdafiəçiləri ölümünə qorxudur. Vinisiusun yeganə üstünlü sürəti deyil, həm də bundan istifadə bacarığıdır. Möhtəşəm futbolçudur".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər