"Onun qalması mənim üçün çox vacibdir" - Samir Handanoviç

"Onun qalması mənim üçün çox vacibdir" - Samir Handanoviç

"İnter"in qapıçısı Samir Handanoviç müdafiəçi Milan Şkrinyarın komandadan mümkün gedişindən danışıb.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" təcrübəli qolkiperin söylədiklərini belə çatdırıb:

"Şkrinyarın "İnter"də qalması şəxsən mənim üçün çox vacibdir. Biz daha heç bir oyunçunu itirə bilmərik. Mən onu məşq bazasında hər gün görürəm. Sakit və təmkinli şəkildə çalışır".

Qeyd edək ki, Şkrinyarın PSJ-yə transfer olunması günəmdədir. Onun "İnter"lə olan müqaviləsinin müddəti gələn yay başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər