"Onu əvəz etmək mümkün deyil" - Quardiola

"Onu əvəz etmək mümkün deyil" - Quardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının əvəzolunmaz futbolçusunun adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" 51 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb:

“Komandada De Bruyneni əvəzləmək çox çətin olacaq. Bu mümkün deyil. Klubun skautları gərək çox diqqətlə çalışıb komandaya onun kimi futbolçu tapsınlar”.

Xatırladaq ki, De Bruyne bu mövsüm 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər