Olimpiya çempionumuz İrana gedir

Olimpiya çempionumuz İrana gedir

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət yığması Tehranda keçiriləcək "Fəcr Open" və G2 kateqoriyalı "Prezident Kuboku" turnirlərində iştirak edəcək.

Fanat.Az xəbər verir ki, millinin heyətində 22 (14 kişi və 8 qadın) taekvondoçu yer alıb.

Kişilərin məşqçilər heyəti İran paytaxtında Səyyad Dadaşov, Rahid Vəliyev (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov, Qaşım Maqamedov (-63 kq), Yaşar Məmmədli, Cavad Ağayev (68 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Eltac Qafarov (74 kq), Səid Quliyev (-80 kq), Taleh Süleymanov (-87 kq) və Olimpiya, dünya, Avropa çempionu Radik İsayevə (87 kq-dan yuxarı) şans verəcək.

Qadınlardan isə Minayə Əkbərova, Sona Ağayeva (-46 kq), Röya Hacıyeva (-49 kq), Patimat Abakarova, Səidə Əliyeva (-53 kq), Fatimə Məcidova (57 kq), Nuranə İbrahimova (-62 kq) və Fəridə Əzizova (-67 kq) dayanq üzərinə çıxacaq.

"Fəcr Open" 6-9 martda, "Prezident Kuboku" isə 10-13 mart tarixlərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər