Fransanın "Olimpik Lion" klubunun sahibi dəyişir.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytında bunun qaçılmaz olduğu açıqlanıb.
1987-ci ildən "Lion"a rəhbərlik edən Jan-Mişel Ola "Olimpik Lion"un əksər səhmlərini amerikalı iş adamı Con Tekstorun "Eagle Football Holdings" şirkətinə satmağa qərar verib.
Adıçəkilən şirkət klubda 66,65% pay alacaq. Tədricən onun payı 88,85%-ə qədər artacaq. Tekstor həmçinin Braziliyanın "Botafoqo" klubunun 90, Belçika "Molenbek"inin 80 və İngiltərə "Kristal Pelas"ının 40 faizinə sahibdir.
Mirağa