Obameyanq əsrin ilkinə imza atdı

Obameyanq əsrin ilkinə imza atdı

"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanq İspaniya La Liqasının 25-ci turu çərçivəsində baş tutan "Valensiya" ilə səfər matçında (4:1) het-trik edərək inanılmaz nəticəyə imza atıb.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, qabonlu forvard XXI əsrdə İngiltərə, Fransa, İngiltərə və İspaniya çempionatlarında bir oyunda 3 qol vurmağı bacarmış ilk futbolçu olub.

Qeyd edək ki, 2018-ci ildən formasını geyindiyi "Arsenal"dan bu qış ayrılan Obameyanq "Barselona"ya azad agent statusu ilə keçib. O, daha öncə "Sent-Etyen" və Dortmund "Borussiya"sının uğurları üçün çalışıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər