"O, Madridin yaddaşından silinməyəcək"

"O, Madridin yaddaşından silinməyəcək"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti bu yay komandanı tərk edəcək Qaret Beyldən danışıb.

Fanat.Az xəbər verir ki, "Marca" onun söylədiklərini belə çatdırıb:

"Beylin müqaviləsinin müddəti başa çatır. Onun sabah "Betis"ə qarşı oynayıb-oynamamasının xüsusi önəmi yoxdur. Qaret "Real" tarixinin bir hissəsidir. Olduqca önəmli final matçlarında komandaya böyük faydası dəyib. O, Madridin yaddaşından silinməyəcək". 

Beyl 2013-cü ildən "Real"dadır. Bu mövsüm İspaniya  çempionatında 5 oyuna çıxan 32 yaşlı uelsli 1 qol vurub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər