Estoniya Yüksək Liqasında çıxış edən "Narva Trans" klubu azərbaycanlı futbolçu Nurlan Novruzovla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü məlumat yayıb.
Komandadan gedişini "facebook" səhifəsi üzərindən açıqlayan 27 yaşlı hücumçu sabiq klubuna təşəkkür edib.
Qeyd edək ki, Nurlan Novruzov "Narva Trans"a 2020-ci ilin fevralında keçmişdi.