"Nur içində yat, səni sevirəm" - Makqreqorun xalası koronavirusdan dünyasını dəyişib - FOTOLAR

"Nur içində yat, səni sevirəm" - Makqreqorun xalası koronavirusdan dünyasını dəyişib - FOTOLAR
Yüngül və orta çəki dərəcəsi üzrə sabiq UFC çempionu Konor Makqreqorun xalası koronavirus pandemiyası səbəbindən dünyasını dəyişib.
Fanat.az xəbər verir ki, irlandiyalı döyüşçü instaqram hesabında bu barədə paylaşım edib:
"Bir neçə gün əvvəl önəmli ianəmi açıqlamalı idim. Ailəm yanımda idi. Artıq çıxışım ABŞ-ın bütün səhər tok-şoularında yayımlanmağa hazır idi. Sonra mənə zəng gəldi və sevimli xalam Ennin koronavirusdan dünyasını dəyişdiyini öyrəndim. Yazıq xalam...
Axmaq virus. Nə baş verdiyini anlamıram. Bu "vəhşi hücum"dan qorunmaq üçün yaxşı vərdişlərə sahib olmalıyıq. Xüsusilə də əl gigiyenasına diqqət edin. Öz üzünüzə toxunmayın.
Nur içində yat, Enn, səni sevirəm".
 
"Nur içində yat, səni sevirəm" - Makqreqorun xalası koronavirusdan dünyasını dəyişib - FOTOLAR "Nur içində yat, səni sevirəm" - Makqreqorun xalası koronavirusdan dünyasını dəyişib - FOTOLAR
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər