Uzun sürən zədədən sonra "Bayern"in sıralarına dönən qapıçı Manuel Noyer karyerası ilə bağlı qərarını verib. Fanat.Az xəbər verir ki, 37 yaşlı qapıçı Münhen klubu ilə müqaviləsinin müddətini uzadıb. Bu barədə Almaniya nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb. Noyerin münhenlilərə yeni müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Onun əvvəlki anlaşması gələn ilin yayında başa çatır. Alman qolkiper 2011-ci ildən “Bayern”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 494 oyun keçirib və 236 dəfə qapısını toxunulmaz saxlaya bilib. Bu mövsüm "Bayern" Almaniya çempionatının 12 turunda 32 xal toplayıb. Hazırda Tomas Tuxelin yetirmələri lider “Bayer Leverkuzen”dən 2 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Mirağa
Noyerin “Bayern”dəki aqibəti bilindi - RƏSMİ
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Dünya futbolu
13:03
23.10.2026
"Bu futbolçular eqoistdirlər" - Runi MY-nin oyunçularını tənqid etdi
Dünya futbolu
12:44
23.10.2026
Barış Alper Yılmaz derbidə oynamayacaq?
Dünya futbolu
12:25
23.10.2026
Harri Keyn Yamalı qabaqlayaraq bu mükafata sahib çıxdı
Dünya futbolu
11:11
23.10.2026
Dünya ulduzu “Qızıl Top”a favoritini açıqladı