Noyer MY üzərində qələbəni belə şərh etdi

Noyer MY üzərində qələbəni belə şərh etdi

"Bayern Münhen"in qapıçısı Manuel Noyer Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Mançester Yunayted" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qolkiper fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:

"Frankfurtda "Ayntraxt"dan aldığımız məğlubiyyətə görə (1:5) çox üzgün idik.  Bugünkü nəticə ilə yenilgiyə necə reaksiya verə bildiyimizi isbatladıq. Baş məşqçimiz sərgilədiymiz futboldan çox razı qaldı. Matçdan sonra oyunumuzu izləməkdən qürur duyduğunu dedi. Bütün gücümüzü meydanda qoyduq və qalib gəldik. Hər turnirə maksimum köklənməliyik. Formalaşmış komandamız var. Titul uğrunda mübarizə apara bilərik".

Qeyd edək ki, "Bayern" A qrupundakı mübarizəni lider qismində başa vurubsa, MY 4-cü yeri tutaraq avrokuboklarda mübarizəni dayandırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər