"Nəticə olduqca məyusedicidir. Yalnız müdafiəçiləri suçlamaq düzgün olmaz".
Fanat.Az ARD-yə istinadən xəbər verir ki, bunu UEFA Millətlər Liqasının son turunda İspaniyaya 0:6 hesabı ilə uduzan Almaniya millisinin qapıçısı Manuel Noyer deyib.
"Bavariya"nın qolkiperi darmadağında hamının günahkar olduğunu bildirib: "Hamımız pis oynadıq. İlk qoldan sonra toparlanmağı bacarmalıydıq. Bir-birimizə göstərişlər verməli, vəziyyətdən çıxış yolu tapmalıydıq. Komanda olaraq işimizin öhdəsindən gələ bilmədik".
Qeyd edək ki, A liqasının 4-cü qrupunda İspaniya 11 xal toplayaraq Millətlər Liqasının final mərhələsinə yüksəlibsə, Almaniya 9 xalla ikinci olub.
Fanat.Az