Noyer 500-ə çatdı

Noyer 500-ə çatdı

“Bayern”in qapıçısı Manuel Noyer komandasının heyətində 500-cü oyununu keçirib.

Fanat.Az xəbər verir ki, onun 500-cü oyunu Almaniya çempionatının 17-ci turunun “Bayern” və “Hoffenhaym”ın qarşılaşmasına təsadüf edib. Komandalar Münhendəki (Almaniya) “Allyans Arena”da oynayıblar. Manuel Noyer meydana start heyətində daxil olub.

Matçların sayına görə Noyer Bastian Şvaynştaygerə bərabərdir. Bu minillikdə yalnız Tomas Müller (685) və Filip Lam (517) “Bayern”in heyətində daha çox oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər