Ötən gün İngiltərə Kubokunun 1/16 finalında "Lester" "Notingem Forest"in qonağı olub.
Fanat.Az xəbər verir ki, oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Matçdan öncə "Lester"in fanatları qonaq gəldikləri Notingem şəhərində qalmaqal yaradıblar.
Onlar kafelərdən birinə hücum edərək vandallıq əməlləri törədiblər.
"Notingem" azarkeşlərindən biri hadisənin videosunu çəkərək sosial şəbəkədə yayıb.
Emin