Londonun "Arsenal" klubunun hücumçusu Eddi Nketia karyerasını İngiltərə Premyer Liqasının başqa təmsilçisində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Kristal Pelas" onu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.
Niketia ilə 5 illik müqavilə imzalanıb. 25 yaşlı ingilis üçün "topçular" 29,7 milyon avro alıb.
Qeyd edək ki, Nketia "Arsenal"ın yetirməsidir və o, londonluların heyətində 168 oyuna çıxıb. Forvard bu görüşlərdə 38 qol vurub və 7 məhsuldar ötürmə edib. Keçən mövsüm isə londonluların heyətində bütün yarışlarda 37 oyunda iştirak edən ingilis 6 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Eddi İngiltərə millisində 1 oyun keçirib. Forvard Avstraliya ilə yoldaşlıq görüşündə (1:0) meydana çıxıb.
Mirağa