"Barselona"nın baş məşqçisi Xavi İspaniya Superkubokunun finalında - "Real Madrid"lə matçda (3:1) 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Qaviyə tərif yağdırıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Qavi? Ondan danışanda nitqim tutulur. Qavi meydanda olmayanda özümü narahat hiss edirəm. Hələ 18 yaşı var, amma komandaya xüsusi enerji verir. Meydanda bütün varlığı ilə mübarizə aparır. Qavi hamımızı heyran edir. O, anadəngəlmə liderdir. İçində qeyri-adi həvəs, enerji partlaması var. Elə ehtirasla oynayır ki, onu tərifləməkdən doymuram".
Qeyd edək ki, İspaniya Superkubokunda qələbə Qavinin "Barsa" forması ilə qazandığı ilk titul olub.
Nihat