Niderland millisinin üzvü Madrid nəhəngində

Niderland millisinin üzvü Madrid nəhəngində

Niderland millisinin və "İnter"in müdafiəçisi Denzel Dyumfris karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb. 

Mənbənin məlumatına görə, "Real Madrid" 27 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. "Kral klubu" Dyumfris üçün təxminən 35 milyon avro təklif etməyə hazırdır.

Denzel 2021-ci ilin yayından "Neradzurri"nin şərəfini qoruyur. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir.

Niderlandlı cinah müdafiəçisi bu mövsüm A Seriyasında 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər