"Neymarı saxlamaq çətindir, onu vurardım"

"Neymarı saxlamaq çətindir, onu vurardım"
Argentina millisinin sabiq oyunçusu Oskar Ruceri Amerika Kubokunda Neymarın sərgilədiyi futboldan danışıb.
Fanat.Az xəbər verir ki, ESPN  onun söylədiklərini belə çatdırıb:
"Neymar üçün meydanda özünü aparmaqla bağlı qaydalar yoxdur. Komandası 4:0 hesabıyla qalib gəldiyi zaman fint edir, topu sağa-sola çəkir, meydanın bir başından digər bşına driblinqlərlə daşıyır. Peru ilə oyunda da belə idi... Rəqib futbolçular məğlubiyyəti qəbul etmiş, taqətdən düşmüşdülər. Amma Neymar onlarla oynamağa davam edirdi.
Əlbəttə, Neymar Messi deyil. Neymarla Leo fərqli futbolçulardır. Onu saxlamaq çətin olduğu üçün necə lazımdır vurardım".
Qeyd edək ki, Amerika Kubokunun finalında Argentina Braziliya ilə üz-üzə gələcək. Oyun iyunun 11-də Rio-de-Janeyrodakı (Braziliya) "Marakana" stadionunda keçiriləcək.
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər