PSJ-nin ulduz futbolçusu Neymar karyerasını vətəni Braziliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Santos"un prezidenti Andres Rueda "Radio Guaruja"ya açıqlamasında Neymarla danışıq apardıqlarını bildirib.
O, ulduz futbolçunun eyni zamanda meneceri olan atası ilə görüşdüklərini deyib: "Neymarın atası ilə sıx-sıx danışıram, fikir mübadiləsi edirik. PSJ-dən ayrılmaq istədikdə "Santos" qapıları açıq qoyacaq və xəyal quracağıq. Neymar gedəndə geri qayıdacağını demişdi".
Qeyd edək ki, braziliyalı hücumçu ötən ilin martında PSJ ilə anlaşaraq 2027-ci ilə qədər Paris klubunda qalacağına zəmanət verib. Bununla belə, dünya mediası onun Fransa klubundan ayrılacağını iddia edir. Onun adı "Barselona", "Yuventus", "Çelsi" və "Nyukasl"la hallanır.
Mirağa