Neymar üçün 2020-ci il bitdi

Neymar üçün 2020-ci il bitdi
PSJ-nin futbolçusu Neymarın zədəsinin durumuna aydınlıq gəlib.
Fanat.Az bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildiriilib ki, braziliyalı hücumçu üçün 2020-ci il vaxtından tez başa çatıb. Liqa 1-in XIV turunun "Lion"la oyununda (0:1) sol ayağı burxulan 28 yaşlı forvard bu il meydana çıxa bilməyəcək.
Bu isə o deməkdi ki, təcrübəli oyunçu çempionatda "Lill"lə səfər matçını (20 dekabr) və "Strasbur"la ev qarşılaşmasını (23 dekabr) buraxacaq.
Qeyd edək ki, PSJ 2021-ci ildə ilk oyununu yanvarın 6-da Liqa 1-də "Sent-Etyen"ə qarşı keçirəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər