Neymar pokeri çempionluq matçından üstün tutdu

Neymar pokeri çempionluq matçından üstün tutdu

PSJ-nin hücumçusu Neymar ötən həftəsonu Monte Karloda keçirilən poker turnirində iştirak edib. 

Fanat.Az xəbər verir ki, məlumatı "Talksport" yayıb. 

Mənbənin məlumatına görə, braziliyalı ulduz "Strasburq"la görüş (1:1) vaxtı poker turnirində olub, ertəsi gün isə Formula 1 Qran Prisinə qatılıb. Başqa sözlə, o, əyləncəsini komandasının Liqa 1-dəki çempionat matçından üstün tutub.

Xatırladaq ki, hücumçu zədə səbəbindən mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb.

Neymar 2022/2023 mövsümündə Paris komandasının heyətində bütün yarışlarda 29 oyun keçirib, 18 qol vurub, 17 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər