Neymar geri döndü

Neymar geri döndü

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ "Real Madrid"lə qarşılaşacaq. 

Fanat.Az xəbər verir ki, Fransa təmsilçisinin görüş üçün heyəti açıqlanıb. 

Siyahıda müdafiəçi Serxio Ramosun adı yer almayıb. Lakin 3 aydır zədə səbəbilə yaşıl meydanlardan uzaq qalan hücumçu Neymar komandanın sıralarına geri dönüb. Onun adı "Real Madrid"lı görüşün iştirak ərizəsinə daxil edilib. 

Qeyd edək ki, PSJ - "Real Madrid" matçı bu gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər