Nevill Ronaldunu tənqid etdi

Nevill Ronaldunu tənqid etdi

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu fanat hesabındakı şərhlərdə "Bir neçə həftədən sonra müsahibə verəndə həqiqəti biləcəklər" yazaraq mətbuatı yalan danışmaqda ittiham edib.

Fanat.Az xəbər verir ki, “Mançester Yunayted”in əfsanəvi müdafiəçisi Qari Nevill portuqaliyalı futbolçunu belə çıxışına görə tənqid edib:

“Bütün zamanların ən böyük futbolçusu “Yunayted” azarkeşlərinə həqiqəti söyləmək üçün niyə iki həftə gözləsin? Elə indicə nə varsa desin hamı da bunu bilsin. Klub böhran içindədir və komandaya rəhbərlik edəcək liderlərə ehtiyacı var”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər