"Nəticə ürəyimizcədir" - Samir Abasov

"Nəticə ürəyimizcədir" - Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, səfərdə 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:   “Oyuna aktiv başladıq. Nəticə də ürəyimizcədir. İsmayıl Zülfüqarlı və Vüsal Əsgərov kimi gənc futbolçuları yaxşı oyun münasibətilə təbrik edirəm. Belə komandaya qaşrı səfər oyununda özlərini çox yaxşı tərəfdən göstərdilər, meydanda itmədilər. Ümumi ansamblı pozmadılar. Onlar bu gün qalib gələn komandanın bir hissəsi idilər.   Həmkarım Rəşad Sadıqovu da təbrik edirəm, çox yaxşı komanda qurub. Qol vurmasaydıq, bəlkə də matç heç-heçə başa çatardı. Fikrimiz “Makkabi” ilə oyundadır. İnşallah, bu oyuna yaxşı hazırlaşacağıq”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər