Nəhayət, Ağayev meydana qayıdır

Nəhayət, Ağayev meydana qayıdır

“Zədəli olduğum üçün Qəbələyə getməyimin heç bir mənası yox idi. Təəssüf ki, finala vəsiqə qazana bilmədik”. Bu sözləri Fanat.Az-a açıqlamasında “İnter”in qapıçısı Səlahət Ağayev deyib.

Millinin Dohada Qətərlə keçirdiyi yoxlama görüşündə (2:1) sıradan çıxan qolkiper problemi geridə qoyduğunu açıqlayıb: “Demək olar ki, sağalmışam. Fərdi proqram üzrə məşq edirəm. “Zirə”ylə oyunadək hazır olacam”.

 

Qeyd edək ki, “Zirə” – “İnter” oyunu aprelin 10-da keçiriləcək.

 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər