"Neftçi"nin rəqibi bəlli oldu

"Neftçi"nin rəqibi bəlli oldu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin "Aris" komandasını mübarizədən kənarlaşdıran (0:2, 3:0) "Neftçi"nin növbəti rəqibi bəlli olub.

Fanat.Az xəbər verir ki, Bakı klubu II təsnifat mərhələsində Avstriyanın "Rapid" komandası ilə üz-üzə gələcək.

Vyanalılar "Lexiya" (Polşa) komandasını hər iki görüşdə məğlub edərək (0:0, 2:1) "Neftçi"yə rəqib olub. "Ağ-qaralar" ilk matçını avqustun 4-də Bakıda, cavab görüşünü bir həftə sonra Vyanada keçirəcək.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər