Bu gün Əvəzedicilər Liqasında 10-cu turun növbəti görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 2 görüş baş tutub.
“Səbail-2” – “Neftçi-2” matçında qonaqlar darmadağına seviniblər. “Qəbələ-2” isə “Araz-Naxçıvan-2” üzərində qələbəyə sevinib.
Əvəzedicilər Liqası 10-cu tur 21 oktyabr
“Səbail-2” – “Neftçi-2” 1:5 Qollar: Elcan Məmmədov, 78 - Turan Vəlizadə, 22. Həbib İsmayılov, 26; 51. Ağadadaş Salyanski, 57. Elton Əlibəyli, 90+3-pen. Hakimlər: Şamil İmanzadə, Sənan Atayev, Mirnihad Seyidov, Kamil Aydınov. “Bayıl Arena”, 16:00.
“Qəbələ-2” – “Araz-Naxçıvan-2” 1:0 Qol: Xəyal Xudaverdiyev, 26. Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə. Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.