“Neftçi” “Sumqayıt”a qalib gəldi

“Neftçi” “Sumqayıt”a qalib gəldi

Azərbaycan Basketbol Liqasında 13-cü turun daha bir oyunu baş tutub.

Fanat.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən günün ikinci matçında yeni transferləri ilə güclənmiş "Neftçi" aşağı pillələrdə qərarlaşan "Sumqayıt" klubu ilə qarşılaşıb.

Görüş paytaxt təmsilçisinin 113:96 hesablı qələbəsi ilə bitib.

Ən məhsuldar basketbolçular "Neftçi"dən Di Ancelo Stüart (24 xal, 4 asist), "Sumqayıt"dan Lenard Dikson (29 xal, 6 ribaund) olublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər