Nazir atçılıq mərkəzinə baş çəkib

Nazir atçılıq mərkəzinə baş çəkib

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) fəaliyyəti ilə tanış olub.

Fanat.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, F.Qayıbov əvvəlcə Binə Atçılıq Mərkəzində yaradılmış şəraitlə maraqlanıb, idmançıların məşq prosesini izləyib.

Federasiyanın baş katibi Bəhruz Nəbiyev ARAF-ın fəaliyyəti və bu idman növünün inkişafı üçün görülən işlər barədə məlumat verib.

Nazir çövkən, polo və cıdır yarışlarının keçirildiyi qapalı və açıq manejlərə baxıb, burada atçılıq idman növünün inkişafı üçün yaradılmış şəraitlə maraqlanıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər