Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” klubu Almaniya 2-ci Bundesliqasında 33-cü turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Aue təmsilçisi səfərdə Düsseldorf "Fortuna”sı ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
Meydana start heyətdə çıxan Nazarov fasilədə əvəzlənib.
Qeyd edək ki, 33 oyuna 41 xal toplamış "Ersgebirge” 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Fanat.Az