Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” klubu Almaniya 2-ci Bundesliqasında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, komanda XXX turun oyunları çərçivəsində doğma meydanda "Nürnberq”lə qarşılaşıb.
Aue təmsilçisi bu görüşdə 0:1 hesabı ilə məğlub olub.
Nazarov start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Ersgebirge” 37 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
Fanat.Az