Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Aue təmsilçisi doğma meydanda "Darmştadt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Nazarov da bu matçın iştirakçısı olub. O, 90+1-ci dəqiqədə meydana buraxılıb. Bundan iki dəqiqə sonra isə o, komandasının sonuncu qoluna imza atıb.
Qeyd edək ki, 8 turdan sonra 12 xala malik "Ersgebirge” 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
Fanat.Az