“Napoli" futbolçusu Viktor Osimhenlə yeni müqavilə imzalayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu ilə müqavilənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb.
Osimhen 2020-ci ilin payızında Fransa "Lill"indən Neapol təmsilçisinə keçib. 24 yaşlı futbolçu bu müddətdə bütün yarışlarda 118 oyuna çıxıb, 67 qol vurub, 17 qolun ötürməsini verib.