Türkiyə çempionatının 1-ci liqasında IV turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular Namik Ələskərov və Vüsal İsgəndərlinin şərəfini qoruduğu komandalar növbəti matçına çıxıb.
“Keçiörengücü” səfərdə “Samsunspor”a 0:2 hesabı ilə uduzub. Start heyətində yer alan Vüsal 73-cü dəqiqədə əvəzlənib. Dörd turdan sonra "Keçiörengücü"nün hesabında 4 xal var.
“Bursaspor” isə “Altınordu”nun qonağı olub və növbəti yenilgi ilə üzləşib – 1:2. Namik komandasının məğlubiyyətini ehtiyat oyunçular skamyasından izləyib. Aktivində cəmi 1 xal olan “Bursaspor” autsayder mövqeyində qərarlaşıb.