"Ziraat Türkiyə Kuboku"nun 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, bu mərhələdən yarışa qatılacaq "Bursaspor"un da rəqibi bəlli olub.
Azərbaycan millisinin üzvü Namik Ələskərovun komandası "Ceyhanspor"la qarşılaşacaq. Kubok oyunları 26-28 oktyabr aralığında baş tutacaq.
Qeyd edək ki, "Bursaspor" oktyabrın 1-dən Kocaelidə təlim-məşq toplanışındadır. Komanda ayın 11-nə kimi hazırlıq keçəcək. Ancaq milliyə dəvət olunan Namik həftəiçi Bakıya gələcək. Mirağa