Namik məhsuldar ötürmə verdi, "Bursaspor" sevindi

Namik məhsuldar ötürmə verdi, "Bursaspor" sevindi

Futbol üzrə Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

"Yaşıl timsahlar" “Kocaelispor”u qəbul edib. Futbolçumuzun komandası 2:1 hesablı qələbə qazanıb.

Start "11-lik"də yer alan Namik 87-ci dəqiqədə əvəzlənib. Komandasının 63-cü dəqiqədə vurduğu ikinci qolun ötürməsini də Ələskərov verib.   “Bursaspor” 31 turdan sonra 31 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər