Namik ilk qol sevincini paylaşdı - VİDEO

Namik ilk qol sevincini paylaşdı - VİDEO

“Bursaspor”da çıxış edən Azərbaycan millisinin üzvü Namik Ələskərov Türkiyə I Liqasının 10-cu turunda “Balıkesirspor”a qalib gəldikləri matç haqqında danışıb. 

Fanat.Az xəbər verir ki, görüşdə fərqlənərək "Bursaspor"da ilk qolunu vuran həmyerlimiz baş məşqçi və komanda yoldaşları ilə birgə yerli kanallara açıqlama verib. Namik qələbəni belə şərh edib: 

“Ardıcıl 2 oyunda qalib gəlmişik. Bu seriyanı davam etdirmək istəyirik. Artıq komandaya alışmışam. Hər şey yaxşıdır. Düşünürəm ki, ilk qoldan sonra hər şey daha da yaxşı olacaq. Mövsümə çox pis başlamışdıq. Amma artıq uyğunlaşma müddətini keçmişik. İndi hər şey daha yaxşıdır. İrəlidə yaxşı nəticələr əldə edəcəyimizə inanıram”.

Qeyd edək ki. “Bursaspor” rəqibini 2:0 hesabı ilə məğlub edib. İlk qolu Namik Ələskərov vurub. Onun hesabında həmçinin, 3 qol ötürməsi var. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər