Namik gec yada düşdü, "Bursaspor" qazandı 

Namik gec yada düşdü, "Bursaspor" qazandı 

Bu gün Türkiyənin I Liqasında 36-cı turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" da növbəti matçına çıxıb. 

"Timsahlar" artıq Super Liqaya vəsiqəni rəsmiləşdirən "Umraniyəspor"u qonaq edib. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ələskərov bu dəfə matça start "11-lik"də başlamayıb. O meydana 75-ci dəqiqədə, hesab 2:2 olarkən buraxılıb.

Qeyd edək ki, liqada qalmaq uğrunda mücadilə edən "Bursaspor" 34 oyuna 41 xal toplayıb və 16-cı yerdədir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər