Qış fasiləsində hələ də transfer gerçəkləşdirə bilməyən və maddi sıxıntıya görə bir neçə legioneri ilə yollarını ayıran "Bursaspor" "Altınordu" ilə oyun ərəfəsində sevindirici xəbər alıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Namik Ələskərovun çıxış etdiyi klub "Bursasporlu Sənayeçi və İş Adamları Dərnəyi"ndən (BURSİAD) dəstək alıb.
Qurum ev oyunu öncəsi "yaşıl-ağlar"a cəmi 50 min lirəlik qalibiyyət mükafatı verəcəyini açıqlayıb.
Bu mövsüm adətən komandanın səfər oyunlarına sponsorluq edən BURSİAD, bu dəfə şənbə günü yerli vaxtla saat 16:00-da "Timsah Arena"da oynanacaq matç üçün mükafat vəd etməklə yanaşı, kampaniya başladıb. BURSAİD-in prezidenti Enes Can Dəmir və idarə heyəti futbolçulara ruh yüksəkliyi vermək üçün futbol içtimaiyyətini də dəstək kampaniyasına dəvət edib.
Mirağa