Namik Ələskərov dubl etdi

Namik Ələskərov dubl etdi

Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, bugün "Vakıfköy Orhan Özselek Tesisler"ndə baş tutan görüşdə rəqib klubun 19 yaşlılardan ibarət komandası olub.

“Bursaspor” gənclər komandasını 2:0 hesabı ilə üstələyib. "Timsahlar"ın hər iki qolunu məhz Namik vurub.

Qeyd edək ki, "Bursaspor" TFF I Liqada növbəti oyununu yanvarın 16-da "Erzurum BB"-yə qarşı keçirəcək.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər