Namik Ələsgərov üçün Bələk

Namik Ələsgərov üçün Bələk

Azərbaycan millisinin hücumçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Antalyaya təlim-məşq toplanışına gedir.

Fanat.Az xəbər verir ki, ilk 8 turu boşa verən, üç baş məşqçi dəyişikliyi ilə diqqət çəkən "ağ-yaşıllar" hər şeyə sıfırdan başlamağı planlaşdırıb.  

Klub rəhbərliyi milli komandaların oyunlarına görə liqada yaranacaq 3 həftəlik müddətdən yararlanaraq komanda üçün təlim-məşq toplanışı təşkil etməyə qərar verib. Yeni baş məşqçi Özcan Bizatinin istəyinə uyğun olaraq, 21 günlük hazırlıq üçün məkan Antalya seçilib. "Bursaspor" 30 sentyabr və ya 2 oktyabrda başlayacaq hazırlıq üçün Bələk bölgəsini seçib. 

"Ağ-yaşıllar" təlim-məşq toplanışından dərhal sonra, 1-ci Liqanın 9-cu həftəsində "Boluspor"la qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər