Namik 80 dəqiqə oynadı, komandası...

Namik 80 dəqiqə oynadı, komandası...

Azərbaycan millisinin üzvü Namik Ələskərov Türkiyə I Liqasında bu gün növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, "Bursaspor" 25-ci tur çərçivəsində doğma meydanda "Tuzlaspor"la qarşılaşıb.

Görüş 26-cı dəqiqədən 10, 67-ci dəqiqədən 9 nəfərlə oynayan qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Start "11-lik"də yer alan Namik 80-ci dəqiqədə əvəzlənib. "Yaşıl timsahlar" Ələskərov oyundan alınandan sonra qapısında qol görərək uduzub.

Qeyd edək ki, 27 yaşlı hücumçumuzun komandası hazırda 24 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alır.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər