Nağıyevin komandası səfərdən xalsız döndü

Nağıyevin komandası səfərdən xalsız döndü

Futbol üzrə Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Vorskla”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Nağıyev bu görüşə start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.

“İnqulets” hazırda 22 xalla 16 kollektiv arasında 9-cu sırada qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər