Nağıyevin komandası evdə xal itirdi

Nağıyevin komandası evdə xal itirdi

Futbol üzrə Ukrayna Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Metallist”i qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Nağıyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“İnqulets” hazırda 28 xalla 16 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər