Nağıyev Moldovada tarixə düşdü

Nağıyev Moldovada tarixə düşdü
Moldovada yeni futbol mövsümü başlayıb.
 
Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto” da yeni mövsümdə ilk matçına çıxıb.
 
Nağıyevin komandası "Floreşti”ni qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
 
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da Dmitri vurub. O, 39-cu dəqiqədə fərqlənməklə həm də Moldova çempionatında yeni mövsümün ilk qolunun müəllifinə çevrilib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər