Nainqqolan şoka düşdü, karyerasını bitirdi

Nainqqolan şoka düşdü, karyerasını bitirdi

"Roberto Martines mənə zəng vurub milliyə çağırmayacağını söylədi. Hirsimdən az qaldım partlayam. Doğrudan da şoka düşdüm”.

 

 

Fanat.Az xəbər verir ki, bu sözləri Belçika millisinin DÇ-yə yollanacaq heyətindən kənarda qalan Raca Nainqqolan deyib. "Roma”nın yarımmüdafiəçisi ispan mütəxəssisi tənqid edib və yığma karyerasını bitirdiyini açıqlayıb:

 

"Guya millinin oyunlarına lazım olan səviyyədə köklənməmişəm. Yaxşı, "Monako”da gününü ehtiyat oyunçular skamyasında keçirən Yuri Tilemans niyə kənarda qalmır? Baş məşqçi postuna gələndə seçməyə güclü çempionatlarda oynayan futbolçuları çağıracağını bildirmişdi. Aksel Vitsel Çində çıxış edir axı...

 

İstirahət vaxtı İbiza adasında eyni restoranda üz-üzə gəldik. Baş məşqçimiz heç mənə salam da vermədi. Məgər bu hər şeyi demir? Yığmadan kənarda qalmağımı ədalətsizlik sayıram. Milli karyeramı başa vururam. Belə davam edə bilməz”.

 

 

Qeyd edək ki, 2009-cu ildən yığmaya dəvət alan İndoneziya əsilli futbolçu 29 oyuna çıxaraq 6 qol vurub.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər